1951-ci il
26 Avqustunda Azərbaycan xitab.
"Mən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın
səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək
fürsətini verdiyi üçün buna mütəşəkkirəm (1) . Bu Radio Birləşik Amerika
Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır". Bu fikirlər
başlıca iki əsasa dayanır:
İNSANLARA AZADLIQ, MİLLƏTLƏRƏ İSTİQLAL!
Bundan 33 il evvəl, Birinci Dünya
Harbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında
tutan Rusiya İmperatorluqu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri
fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.
Rəisi olmaq şərəfiylə fəxr etdiyim
Milli Azərbaycan Şurasının bu münasibətlə nəşr etdiyi tarixi bəyannamedə özcümlə
bu maddələr vardır:
1. - Azərbaycan xalqı hakimiyyət
haqqına malik, Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. - Azərbaycan dövlətinin idar şəkli
xalq cümhuriyyətidir.
3. - Azərbaycan Xalq Cümhuriyyəti
bütün millətlər və bilxassə civardakı qonşu millət və dövlətlərlə iyi
münasibətlər qurmağa əzm edər.
4. - Azərbaycan Xalq Cümhuriyyəti
millət, məzhəb, sinif, məslək və cins fərqi közləmədən hüdudları içində yaşayan
bütün vətəndaşlarına siyasi və mədəni haqlar təmin edər.
Tamamı
.jpg)
ADR-nın
Qızıl Ordu Tərəfindən İstilaya Uğramasının
32-ci ildönümü Münasibəti ilə
1952-ci ildə yayımlanan
xitabı.
Bu
gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet Hökumətinin və Bolşevik
Partiyasının yapdırdıqları bütün yığıncaq və mərasim yerlərində Sovet
Azərbaycanının istiqlal yubileyindən bəhs edilir (1).
Azərbaycan xalqı guya ki, əsl bu
gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş,
istiqlalına gerçəkdən bu gün sahib olmuş imiş.
Xalq idarəsi, xalq üçün, xalq
tərəfindən qurulan bir idarənin adıdır. 32 ildir Azərbaycanda davam edən
idarə isə xalqa hökm edən bir zülm və istibdad idarəsidir. Sözü, yazını və
nəşriyyatı manapol altına alan bolşeviklər tarixi təhrif edirlər: deyirlər
ki, bundan 32 il əvvəl Aprelin 28-də Azərbaycan fəhlələri ilə kəndçiləri
üsyan etmiş, bəylərin, xanların, ağaların hökumətini yıxmış, yerinə Sovet
hökumətini vücuda gətirmişlərdir. Bu üsyanın başında duran "İnqilab Komitəsi"
isə Rusiya Sovet hökumətinə müraciətlə özünə kömək istəmiş, o da qızıl
ordunu Azərbaycana göndərmişdir.
Halbuki həqiqət tamamilə bunun
əksinədir: Ayın 27-sində Qızıl ordu üstün qüvvətlərlə Azərbaycan sərhəddini
keçmiş, göstərilən müqavimətləri qırmış və Bakını zorla tutmuşdur. Bundan
sonra özü ilə gətirdiyi "Azərbaycan inqilab komitəsi"nin adından guya "üsyan
etmiş Azərbaycan fəhlə və kəndçilərinə" köməyə gəlməsini özü xahiş etmişdir...
Tamamı
Məhəmməd Əmin Rəsulzadəmnin
1953-cü ilin
28 Mayısında Azərbaycan xalqına xitab
Dinləyin
Əziz Vətəndaşlarım!
Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda Sizlərə xitab edirəm. 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə mədana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyaset sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.
28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir
nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük
şüarından istifadə edirdi. Hər millət öz müqəddəratını özü hall etməyə
səlahiyyətdardır, düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi.
Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə
çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mənedilən (qadağan edilən)
Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın
buraxılmayan Azərbaycanlılardan zabita və əmniyyət qüvvətləri vücuda gətirdi.
Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar
hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda
oxutmaya başladı. Türkcəyi dövlətin dövlətin rəsmi dili elan etdi. Orta və Ali
məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələri
cavabdeh bir hökumət üsulu idarəsi yaratdı. Hakimiyyət, Millət Məclisinin əlində
idi.
Tamamı