Mondurs mütarikəsinin
qafqasiyadakı nətayici.jpg)
Tarixin daha başqa cilvələri varmış
Türkiyə mondurs
mütarikəsini əqd etmək məcburiyyətində qaldı.Bizdə
bəklədiyimiz kondfransın in”iqadını görmədən geri
dönüyorduq.”Yürük vaporu” Şimaldan şiddətlə əsən müxalif
bir rüzgarə qarşı boğazdan çıxıyordu, bizi Batuma doğru
götürüyordu.Təşrini- əvvəl sonralar doğru Bakıda
idik.Hənüz sevinən simalarda əndişə görünüyordu.Türk
ordusunun gedəcəyi, ingilis ordusunun gələcəyi xəbəri
hər kəs müztərib ediyordu.
Əcəba
nə olacaqdı? İngilislərlə bərabər rus ordusu, erməni
məfrəzələri dəxi bərabər dönəcəklər, kim bilir əhalidən
nə intiqam alacaqlar?
Nuri
Paşa Ənzəlidə bulunan müttəfiqin qəvayi - əskəriyyəsi
komandanı general Tomsondan mundors mütarikənaməsi
mucibincə bir həftəyə qədər Bakını bir aya qədər bütün
Qafqasiyəni tahliyəsini tələb ediyordu.Nuri paşa
kəndisinin Azərbaycan xidməti-əskəriyyəsini keçdiyini
irəli sürərək, Bakıda qalmaq təşəbbüsündə bulunsada
faidə vermədi.Tomsonun ultimatumu qəti idi.Başqa heç bir
təvil və təsvirə imkan buraxmıyordu.O zaman məqami –
sədarətdə buluna Tofiq paşanın teleqrafı gəlmişdi.Bu
teleqrafda mütarikınin maddeyi-məxsusəsi ehkamınca
Osmanlı əsgərlərinin Azər baycanı təxıiyyə etmələri
zərurəti xəbəri veriliyordu.Ana vətəni müşkilata soxmaq
istəməyən zabitan İstambuldan əmrə təbiyyət qərarını
tərcih ediyorlardı.
Bakının
istirdadından sonra Şurayi – Milli təkrar
toplanımışdı.16 təşrini – sani məmləkətin bəzi əqsami
ilə Şurayi – Millidə bulunmayan milli əqəliyyətlərə dəxi
müməssillərini göndərmək üçün Şurayi-Milli yeni qanun
vəz ediyordu.Bu qanuna görə 120 məbusandan mütəşəkkil
bir məclis toplanacaq, yeni təhəddüs edən əhvalə müvafiq
müştərək bir hökümət təşkil ediləcəkdi.
Unudulmayacaq ağır
bir gün, təşrini - saninin 17si İngilis bandərəsi ilə
çar Rusiyasının bayrağının hamil olduğu filo(t) Bakı
limanına yanaşıyordu.Bir az əvvəl Bakıdan ricaət edərək
Ənzəlidə təhəşşüd edən bu qüvvətin Bakıda oturmaqda olan
Azərbaycan hökümətinə qarşı alacağı vəziyyət nə olacaqdı?
– bəlli deyil.
Türk
ordusu çəkilmiş, Azərbaycan qitəatı dəxi yox.Çünki gələn
komandanlıq Azərbaycan qitəatı deyə əsgər
tanımıyor.Azərbaycan əsgəri naminə müntəzəm bir qüvvət
zatən yox kimi idi.Komandan Nuri paşanın o zaman Şurayi
–Milli rəisi sifəti ilə mənə yazdığı bir məktubdan
amlaşıldığı vəchlə yekunu ancaq 1500 kişidən ibarət
Azərbaycan əsgərlərinin toplu olara bir yerdə olmayıb
məmləkətin müxtəlif nöqtələrində durduğu
anlaşılıyordu.Azərbaycan hökümətinin bu gün Bakıda
təqviyə edən qevvət yalnız 500 nəfərdən ibarıt polis
nəfərlərindən ibarət idi.Fərəza, qüvvət olsa
belə,Almanyanın,türkiyınin təmsil olunduğu bir qüvvətə
qarşı Azərbaycanın hərb açması bittəb əqlə belə
gəlməzdi.Binaən əleyh məsələ yalnız diplomatik
vəsilələrlə həll ediləcəkdi.
Üç gün əvvəl
sürəti-məxsusədə göndərilən heyyətə (bu heyyətə Yusif
bəyki Nəsib,Ağa oğlu Əhməd və Hacinski Mehdi bəylərdən
ibarət idi) ingilis heyyətini komandanın son sözü bu
olmuşdu ki: “Bizim bildiyimiz Azərbaycan xəlqinin
arayi-ümumiyyəsindən doğma bir cümhuriyyət yoxdur.Yalnız
türk komandanlığının intiriqası ilə təşəkkül olunmuş bir
hökümət var.Madəm ki. siz bunun əksini iddia ediyorsunuz,
o halda gəlir, məhəllində tədqiq, ona görə qərar veririz.”
Bu “qərara”
mütəvəkkilanə intizar edən Azərbaycan höküməti ingilis
komandanlığına verdiyi notada müttəfiqlərin şu surətdə
Azərbaycan torpağıda vürudunu Azərbaycan istiqlal və
təmamiyyəti – mülkiyyəsini müxəll olamayacağı ümidini
dərmiyan ediyordu.
17 təşrini –
sanidə iki Bakı vardı.Məhzun müsəlman bakısı,məmnun
xirisian bakısı.Şəhər üzərində rus Biçexarov qitəatına
mənsub aeroplanlardan bəyannəmələr saçılıyor,bu
bəyannəmələrdə rus vətəndaşlara Bakının təkrar ana
vətənə iadəsi ilə təbrik ediliyorlardı.
İki
gün sonra komandanlığın əhaliyyə-islamiyyıni məyus
edəcək bir bəyannaməsi nəşr olunuyordu.Bu bəyannamədə
Biçeraxov bəyannaməsində olduğu kimi “Qalib etilaf
ordusunun məmləkətə dönmədən əvvəl zəfətri-müştərəkə
bunca xidmətlərinə dəyən fədakar rus xəlqinə
ədai-dinşükran etmək vəzifələrindən olduğu və bu
vəzifənin ifalası üçün Rusiyadan qoparılmış Qafqasyanın
düşməndən təxliyyəsi üçün Ufadan təşəkkül edən rus
höküməti ilə bilteilaf buraya gəlindiyi” anladılıyordu.
Böylə
bir bəyannamə təsirinə, bir ingilis ordusu ilə bərabər
gəlmiş Biçeraxov qitəatı erməni məfrəzələrinin şəhərdə
ehdas etməkdə olduqları hadisələr və əhaliyi-islamiyyəyə
qarşı qağındıqları təhqiramiz hərəkətlər dəxi təsəvvür
ediliyorsa, o zaman nə kibi saətlər yaşanmaqda olduğu
kəndi-kəndinə anlaşılır.Türkcə yazılı lövhələrin
qırıldığına,Azərbaycanın bandirəsinin təhqiratə məruz
qalmağına, boşuna tüfəng atılaraq müsəlmanların hər
vasitə ilə təhqir və təcavüzə məruz qaldıqlarına aid
vəqelər həman o günə küçilməz bir fəsar törətmək üzrə
idi.
Bakı
böylə əndişənak günlər keçirməkdə ikən daha bir kaç gün
kəndisi ilə bərabərbulunan türk komandanlığını, Gəncə
həzin bir təsirlə təşyi ediyordu.
Bu yazı
Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti”
kitabından götürülmüşdür.Qeyd edək ki, bu kitab 1923 cü
ildə Türkiyənin İzmir şəhərində keçirilən “Kitab
Bayramında” Atatürk mükafatına layiq görülmüşdür və bu
kitab Atatürkün en çox sevdiyi kitabları arasında yer
almışdir.
Ərəb qrafikasından tranlasiya edəni,
qeydləri və lüğətin müəllifi
Asif Rüstəmovdur.
Redaktorları :
İmamverdi Həmidov,Ağanəcəf Həmidovdur.
BAKI,
Elm 1990
www.resulzade.org