Rus-bolşevik istilası əleyhində və
vətənin hürriyyəti ilə istiqlalı lehində yapılan milli mücadilənin qurbanları
olan azərbaycanlıları təqdirlə anmaq vəzifəmizdir.
Burada, qəddar düşmənin sinsi (xain)
və vəhşi bir darbəsiylə aramızdan faciəvi bir surətdə ayrılan mücahid
Fətəlibəylinin məziyyətlərindən bir kaç vaka zikr etməklə, terhim borcunu ödəmək
məqsədiylə hüzurunuza çıxmış bulunuyorum.
İl 1943-dür; Ikinci Cahan hərbi
əsnasında, Alman Xariciyəsi ərkanından (vəzifəli şəxsindən) Qraf fon Şulenburqun
(sonradan Hitlerə yapılan sui-qəsd işilə ilgili olaraq edam edilən) dəvəti
üzərinə Berlində bulunuyoruz. Milli Azərbaycan Komitəsi təşəkkül etmişdir; bu
Komitə, Milli Azərbaycan davasının əsaslarını Alman məqamlarına qəbul etdirmək
üzrə fəaliyyətə keçmişdir. Bu sırada "Ost-ministerium" deyilən işğal altındakı
şərq məmləkətləri vəkalətində Özəl Şöbə Müdiri bulunan prof. Von Mende
vasitəsiylə cəbhədən 8 Mayıs tarixli bir məktub alıyorum. Tarixi bir vəsiqə
mahiyyətini daşıyan bu məktubun əsli ruscadır. Mətnini eynən oxuyorum (Tərcüməsi
budur (2)):
"Mərhəba, pək möhtərəm Mehmed Emin!(3)
.
Əziz yurdumuz Azərbaycanın yorulmaz
hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz naminə salamlarım.
Məmnunluqla sizə bildirməliyəm ki,
vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə,
cəbhədə muəzzəm başarılar qazandılar və eşsiz (misilsiz, tayı-bərabəri olmayan)
qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini bir səviyyəyə yüksəltdilər.
Cəbhəmizə iki dəfə gəlmiş bulunan general Konrad bizdən heyranlıqla bəhs
ediyordu. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin
taborumuza xitabən özəl bir əmiri-yəvmisi (günlük əmr) vardır. Ağır səfər və
əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara
hazırlanıyoruz. Taborumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək
təqdirlərinə məzhər (diqqətəlayiq) olmuş, əsgərlərimizlə komutanlarımız "İnfanterie
Sturmabzeichen" medallarıyla təltif edilmişlərdir.
Qəzetimizdə (4) Milli Azərbaycan
Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindiriyor. Biz, cəbhədəki
əsgərlər, şübhə etmirik ki, Milli Komitəmizin azaları arasında hamımızca sevilən,
legionumuzun qurucusu Babayev Beytullah da bulunacaqdır.
Biz, irəlidə də, millətimizin
hürriyyəti uğrunda fədakaranə döyüşəcəyiz.
Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə
iyi səhhətlər dilərim.
Sizin: A. Dudənginski-Fətəlibəyli".
Məktubda adı keçən Beytullah
legionerlərdən məni görməyə gələn ilk zatdır (indi Amerikada bulunuyor) sonrakı
ziyarətlərindən birində Beytullah mərhum Mayorla birlikdə gəldilər. Hərarətli və
anlayışlı bir əsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə
kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu.
Milli Azərbaycan Komitəsi, Nazi (nasist)
Aman məqamlarına məram anlatamadı. Hitler "heine Komitee" (heç bir komitə
istəməm) demiş, təşkil olunan milli legionlarla Ordu Qərargahı arasında rabitə
vəzifəsini görən məhdud və müəyyən işlərlə görevli birər "Rabitə Həyətləri" ("Verbindungstab”)
qurulmasını əmr etmişdi. Azərbaycan Rabitə Heyətinin başına da mərhum
Fətəlibəyli gətirilmişdi.
İş bu şəkil alınca, Mayor
Fətəlibəyliyə müvəffəqiyyətlər təmənna edərək, fəaliyyət sahəsindən çəkilmiş və
milli əsaslarımıza sadiq qaldığı müddətcə, kəndisini mənən dəstəkləyəcəyimizi
vəd etmişdik.
Mərhum, üzərinə aldığı vəzifəyə
başlarkən, Rabitə Heyətinin yanında bir propaqanda təşkilatı da vücuda gətirmiş,
bu məqsədlə, 6 Qasım (noyabr) 1943-cü ildə, Berlində bir Qurultay çağırmışdı.
Qurultayın, Fətəlibəylinin raporu üzərinə, qəbul etdiyi qərar surəti milli ana
prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdır. Bu vəsiqənin 5 maddədən ibarət
olan ana xətlərini 21 Kasım (noyabr) 1943 tarixli, 47 nömrəli "Azərbaycan"
qəzetəsindən eynən nəql ediyorum:
"1943-cü il noyabrın (Qasım) 6-da
Berlin şəhərində toplanmış cəbhədə vuruşan əsgərlərimizin və vətəndən xaric
Azərbaycan siyasi mübarizlərinin nümayəndələrindən mürəkkəb Milli Azərbaycan
Qurultayı, Mayor Fətəlibəylinin məruzəsini və bu ətrafda ,olan çıxışları
dinlədikdən sonra qeyd edir ki:
1. 1918-ci il 28 Mayıs, 1920-ci il 27
aprelə (Nisan) qədər davam etmiş Milli Azərbaycan hökuməti dövrü, şanlı
tariximizin ən parlaq səhifəsini təşkil edir.
2. Vətənimiz bolşevik istilasına
uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində, millətimizin istər vətən
daxilində və istər yad ellərdə apardığı (yürütdüyü) şanlı və qanlı mübarizə
yalnız bu istiqlalın bərpası (ihyası) uğrunda olmuşdur.
3. Qurultay, bu ağır şərait daxilində
aparılan mübarizədə canlarını vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərin
xatirəsini hörmət və ehtiramla yad edər.
4. Dünyanı sarsıdan bu ikinci cahan
müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın
bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi
düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün
bolşevizmə qarşı qəti döyüş aparan (yürüdən) və tarix boyu Türk xalqlarının
dostu olan Almaniyaya bağlamışdır.
5. Qurultay əsrlər boyu olduğu kimi,
bu gün də Azərbaycan xalqı ilə Qafqaz qonşuları və qardaş Şimali Qafqaz,
Türküstan, İdil-Ural və Krım xalqlarıyla eyni qayə və ideal birliyi müşahidə
edir və onlara işbirliyini zəruri sayır..."
Görüyorsunuz ki, bu maddələr milli
hərəkatın ötədən bəri savunduğu ideyaları ehtiva etməkdədir.
Mərhum hərarətli bir vətənsevər və
atılqan bir mücahiddi. Hadisələrin sevgiylə, bildiyimiz fəaliyyət sahəsinə hənuz
(indi, hələ) atılmadan, cəbhədə adı duyulmayan bir əsgər ikən açığa vurduğu
hissiyyat onun səmimi bir vətənsevər olduğunu göstərir.
Bükreştəyəm (Buxarest). Almanlar hər
gün bir az daha çəkiliyor, kəndiləriylə bərabər bizlərdən də bir çox qaçqınlar
Bükreşə gəliyorlar. Bunlardan biri, şimdi adını xatırlayamadığım Bakılı bir
yurddaş, Don həvalisində (ətrafında), almanlar tərəfindən, kiçik bir qəsəbənin
Bələdiyyə Başqanlığına təyin edilmiş imiş. Bir gün Dudənginski (Fətəlibəyli),
qızıl ordudan təslim olan bir kaç Azərbaycan ərini kəndisinə gətirmiş, bunlara
iyi bakılmasını tavsiyədə bulunmuş. Bələdiyyə Başqanı onunla rusca konuşmaq
istəyincə o, yahu, ikimiz də Azərbaycanlıyız, öz öz dilimizi qonuşalım, demiş və
sonra, ruslardan qurtulduğumuz kimi, almanlardan da azadə özümüzü özümüz idarə
etməliyiz, demişdir.
Hərb bitdikdən sonra dürlü
macəralardan keçən Fətəlibəyli, nəhayət amerikalılar tərəfindən finansə olunan,
Münihdə təsis edilmiş "Qurtuluş radiosu" Azərbaycan Şöbəsinin şefi idi.
Bolşevizmə qarşı mücadilə edən Amerikan Komitəsi, mərhumun şəhadəti
münasibətiylə yayınladığı təbliğdə, onun müqtədir bir radio propaqandaçısı
olduğunu belirtməkdədir.
Bolşeviklər kəndilərinə xas sinsi (xain)
bir metodla müxaliflərini, tədhişə varıncaya qədər, hər dürlü vasitələrlə
bərtəraf (aradan götürmək) və imha (məhv etmə) etməyə çalışırlar. Onların vəhşi
təcavüzlərinə qurban gedənlərin sayısı sayılmaqla bitməz. Fəqət bihudə!.. Milli
hərəkat bu kimi tədbirlərlə susdurulamaz. İstiqlal və hürriyyət yolunun
qəhrəmanları, hər dürlü təhlükəni gözə alaraq, mücadilələrinə davam edəcək,
kəndilərinə ilham qaynağı olan böyük ideal tam bir zəfərə ərmədikcə müqəddəs
savaşdan əsla vaz keçmiyəcəklərdir.
Qurtuluşu mühəqqəq (həyata keçiriləcək)
bulunan hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar
arasında indi xatirəsini andığımız Mərhum da bulunacaqdır.
-------------------------------------------------------------------------------------------------------
1. Nitq Ankaradakı Azərbaycan Kultur
Dərnəyi tərəfindən keçirilən mərasimdə söylənilmişdir. Nitqin mətni "AZERBAYCAN"
jurnalının 1954-cü il 9(33) sayında dərc edilmişdir.
2. Məktubun rusca mətni oxunmuşdur.
3. Rusca əslində "Zdrastvuyte
Mnoqouvajayemıy Mehmed Emin!"
4. Berlində çıxan "Azərbaycan"
qəzetəsi.