Daşnaqsutyunçuya rəddiyyə
"İrşad"ın 156-cı nömrəsindəki "İki nüktə"
ünvanındayazdığımız məqalə Daşnaqsutyunçunun mürəvvici-əfkarı olan "Alik"i
("Dalğa") təşvişə salmışdır.Həqiqət acı olduğu üçün "Alik" öylə həyəcana
gəlmişdir ki, adətən bir az da artıq söyüş və hətərən- pətərən
başlamışdır.
63-cü nömrəsində "Mətbuat" qismində bizim "İki nüktə"ni mövriydi (müzakirə etmək)
bəhs edib,"Alik" bu növ ilə intiqada (tənqidə) girişir.
"İrşad"ın ətrafına toplaşan müsəlman "intilligentləri" erməni inqilabiyun
firqəsi daşnaksutyunun əksinə çox şürir (üsyan) ediyorlar.Bu da vazehdir
ki, onların hökümətlə əlbir olub erməniləri puç etmək demon (iblis)
proqramlarına daşnaqsutyun mane oldu .İş böylə olduqda, müsəlman "intilligentləri"
gördülərki, bütün erməniləri qırmaq üçün qabaqca daşnaqsutyunu puç etmək lazım
gəliyor.
Əcaba, "Alik"in utanmazlığı gör nə yerə çatıbdır ki, erməni mılləti
ilə daşnaksutyun firqəsini bir hesab ediyor.Bu firqəni də puç
etmək fikrinə düşüb, onun əleyhinə fikir sürənlər yalnız irşadçılardır
demək istiyor.Nə qədər cəsarət, nə qədər əndazə həyasızlıq!Cənab
daşnaqsutyunçu, rus höküməti ilə rus millətini bir hesab etmək olursa,
danaksutyun ilə erməniləri bir hesab etmək olur.Indi
rus höküməti - istibndadiyyəsinin əleyhinə çalışanlar, rus hökümətinə qarşı
gediyorlarsa,müsəlman intilligentlə-ri ilə bərabər,
qeyri-hürriyyətpərəstlər də daşnaksutyunçunu puç etmək istıdikdə ermənin
millətini məhv etmək istərlər.Ey erməni millətinin "hamisi" ! sizin
əleyhinizə gedən tək mesəlman intilligentləri deyil.Rus
intilligentləri və erməni intilligentləri də vardır.Ürəyiniz bulansa
da Bakıda nəşr olunan "Trudovaya jizn" qəzetəsinin axırıncı, hökümət tərəfindən
baglanmış nömrəsinə, "Kays"("Qılıncım") və "Mışak"ın ("Əməkçi") 150-ci
nömrəsində Sərkisyanın məqaləsinə baxınız.Baxınız da görünüz ki, daşnaksutyunu
tanıyan tək bir "İrşad"ın tək bir müsəlman intilligenti Rəsulzadə
deyil.qeyriləridə var."Hncakistlər" kimi fe"lən protest edib
dalaşanlarda var.
Zikr etdiyimiz müqəddimədən sonra "Alik" mətləb üstsə gəlib "Kayts"ın
doğru və haqq sözünə, adətinə görə danos adı verib,
bizim sosial demokrat olmağımıza da şəkk edərək, "nağara
çalıb" yoldaşların diqqətini daşnaqsutyuna cəlb etməyimizdən mükəddər
(kədərli) oluyorlar.Biz ki, müsəlman fəhlələrinin qoyduqları tələbi
(ki erməni fəhləsinin də qəbulundan ibarət idi) tərifləyib ,bu
tələbin müqəddəs bir əqidədən naşı olduğunu demişdik."Alik" bizim bu
sadə ibarəmizi qanmayıb,xəyal etmiş ki, biz müsəlman
fəhlələrinə müqəddəs demişiz.
Və bunun üçün də səbr etməyib kamali - qıhr ilə bizə hücum ediyor .
"... Doğrudur deyiblər ki, adam nə qədər cahil olsa , bir
o qədər cəsur olar.Bizim sosial - demokrat gopçularımız bir qədər
uzağa gediryorlar ki, "Volteri maxmister etməyə" hazırdırlar... Onların
təzə müsəlman "yoldaşları" cəsarəti o yerə çatdırıblar ki, meydana
çıxıb e"lan ediyorlar ki,müsəlman fəhlələri müqəddəslər dərəcəsinə
çatıblar, çünki sosial demokrat təsiri altındadırlar."
Qəddar daşnaksutyunçu öz cahil mütərciminin səhfinə düçar olub, müqəddəs
ləfzini, ictimaiyun ammiyun əqidəsinə təbir etmişlər, müsəlman fəhlələrinə
müxtəs edib həyasızlığından, cəmi ictimaiyun ammiyunları gop
vurmaqda müttəhim ediyorlar. Müttəhim
etmək istədiyi yerdə biçarə hiyləgərlərin hiyləsi öz
ayağına düçar olub, köhnə böhtançılıq və iftiraguluğunu indi də
biruzə verib.Ey həqiqəti görmək istəməyən qəddar!Biz adını və müqəddəs
ibarələri eşitmişiz, fəqət fəhlələrə deyil, əqidələrə təbir etmişiz, biz
daşnaksutyun millətçiliyin adını deyib ictimaiyun ammiyun insaniyyətpərvərliyini
müqəddəs bəyan etmişiz.Sözün məzmununu dəyişib, məzəmmət etməyi
ancaq daşnaksutyunçu "Alik" kimi hıyasızlar bacararlar.
Lap axırda "Alik" bizim cümlə fəhlə sinfi tərəfdarənəsinə olan
meraciyətimizi dərc edib daşnaksutyunun maskası götürülmək təklifinə xeyli acığı
tutub diyor ki :
"Hərgah məqalə yazan sosial demokrat cənabın maskasını götürsək, görəsən
altından nə çıxar ? Kramolni (hökümət əleyhinə fəaliyyət) panislamisti , yaniki,
müsəlman feodalizminin bir layiqli nümayəndəsi?Bəlkə bunların xahişi budur
ki, daşnaksutyunu puç etsinlər...? "
Yenə köhnə zurna! Hər vaxt bir kəs daşnaksutyunçulara müqabil
durur isə, o saat daşnaksutyunçuların nəzərində Sultanhəmid, panislamizm və
müsəlman feodalizmi mücəssəm oluyor.Əcəba , "Alik" hardan duydu ki, biz
panislamistik və yaniki feodalist.Məhz ondan ötrü ki, daşnaksütyun əleyhində
qələm sürmüşük? Böylə isə "Alik"in məntiqinə görə
"Kayts","Mışaq","Trudovaya jizn" panislamizn orqan olub,"hnçakistlər"
Sultanhəmidin agentləridir.Bu böyləmi?...
Əzizim qare (oxucu ) ! Niyə gülürsünüz ? "Alik"in məntiqinəmi? Xeyir
əfəndim, burada təəccüb yeri yoxdur.Türkdə məsəldir : "Aşığın söze
qurtaranda yarım-yarım çağırar"
"İrşad" qəzeti, 21
iyun 1906
M.Ə.Rəsulzadə