Inasanlara Hürriyyət , Millətlərə İstiqlal. Türkəm bu cəhətdən özümü xoşbəxt hiss edirəm  AZE ENG

  Məhəmməd Əmin
Rəsulzadə
(1884 Bakı - 1955 Ankara)

Ön Səhifə Həyat Səhifəsi Kitablar Məqalələr Xitablar Sənədlər Qonaq Dəftəri Linklər

 

Soranlara  ben  bu yurdun,anlatayım nəsiyəm :
Bən çeynən bir ölkənin "Həqq" bağıran səsiyəm !

Əhməd Cavad

Milli Şair , Azərbaycan Cünhuriyyətinin Dövlət Himnin müəllifi Əhməd  Cavad
Məhəmməd Əmin Rəsulzadənin görüşləri

....Azərbaycan gəcləri  saf və səmimi bir niyyətlə Türk öyrətmənlərinin  tələbəsi oldu.Çox keçmədi ki, Namiq Kamal - Məhəmməd  Hadini,Əbdülhaq Hamid - Hüseyn Cavidi, Məhəmməd Əmin də Əhməd Cavadı oğulluğa  götürdü

Rəsulzadə Məhəmməd Əmin 
"Əsrimizin səyavuşu","Çağdaş Azərbaycan Ədəbiyyatı","Çağdaş Azərbaycan Tarixi"  Bakı1991, səh 35

 

***

...Milli qurtuluş hərəkatının, Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini əks etdirən Milli Şair Əhməd Cavadın 28 May İstiqlal günü münasibəti ilə hürriyyət pərisinnə müraciyyət etdiyi "Nədən yarandın ?" parması son dərəcə lirikdir.Onun  bu lirikizmindən biz də aşina olaq :


Sən qüdrətin aşıb, coşan vaxtında,
Mələklərin gülüşündən yarandın !
Sehr  dilli bir firçanın əliylə,
Ahuların duruşundan yarandın!
Ay ışığı gözəlliyin, qızlığın,
 Çiçəklərin öpüşündən yaradın!
Sərinlətdin baxışınla könlümü,
Bulutların uçuşundan yaradın !
Qaranlıqda qırılırkən könlümü,
Dan ulduzu  yürüşündən yarandın!
Masəvadan uçmuş birər kölgənin,
Dan yeriylə görüşündən yaradın!
Gözəllikçin təbiətlə qüdrətin,
Yavaçca bir  sovuşundan yaradın!
Qələm əldə ilhamımı dinlərkən,
Sən qəlbimin vuruşundan yarandın!

Məktəb və mədrəsələrə  qarşı üsulsuz mübarizələrdən sonra "uçitel" məqsədi anladı , bildi ki, Sə"dini də, Tolstoyu da türk xalqına öyrətmək, türkü onlarla aşna etmək həm lüzumlü,həm də  faydalıdır.Fəqət bununla bərabər türkü kəndi Sə"disindən kəndi Tolstoyundan məhrum etmək olmaz.Sə"dini,Tolstoyu və sair dünya məşahiri - ədibini anlatmaq üçün kəndi Füzulilərini , Nəbatilərini - nə qədər kiçik də görünsələr Seyidlərini, Sabirlərini,Cavidlərini, Cavadlarını öyrənməlidirlər.

Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan cümhuriyyəti, Bakı 1990, səh: 17

...Milli cərəyanın...nümayəndəsi Cavad  Axundzadənin (Əhməd Cavad) işi bolşevik  dövründə  qətiyyən  gətirmir.Əski bir "musavatçı" olduğuna görə onu həbs edirlər.Mətbuat səhifələrindən,  qurultaylarından hər yerdən uzaqlaşdırılır və qovulur.Əsərlərini nəşr etmirlər, nəşr olunanları isə toplayırlar.Bütün bunlara baxmayaraq  onun yadığı  parçalar əldən-ələ gəzərək gənc kommunistlər arasında belə yayılır.Gənc bolşevik şairlər öz yazdıqları  şerlərini Cavadın tənqid və təqdirinı ərz edəcək dərəcədə  onun təsirinə  düşürlər...

***

        Çekist ruhlu sovet tənqidçiləri  "Bir sözün varmıdır əsən yellərə? Sifariş etməyə uzaq ellərə?" (söhbət Əhməd  Cavadın məhşur "Göy göl" şerindən gedirdi - M.M) beytində əks inqilabçı  bir rəmz görür.Cavad onların mühakiməsincə "inqilab tərəfindın uzaq  ellərinə atılmış musavatçı millətçilərə " işarə etmək istəyirmiş.

***

Əhməd Cavad başqa bir şerində Göy gölü belə təsvir edirdi.Gəncə civarında bir yayla  gölünə həsr edilmiş bu şeri dinləyək:


Dumanlı dağların yaşıl qoynunda,
Tapmış gözəllikdə kamalı  Göy göl!
Yaşıl gərdəbəndi gözəl boynunda ,
Əks etmiş dağların camalın Göy göl!

        Əhməd  Cavadın siyasi olmayan parçaları  bəzən fürsət olduqca mətbuat səhifələrində  özünə  yer tapır.Bunların çoxu rəmzidir .Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə  olununb şairə  hucum üçün bir vasitə olur.Cavadrnziliyinin başlıca  mövzusu Azərbaycan təbiətinin  mənzərələridir:

Əyil Kürüm, əyil keç,
Dövran sənin deyil, keç!
 

        Cavad bir aralıq gürcü şairi Şota Rustavellinin "Pələng dərisi geymiş pəhləvan" adlı mənzumısini  şerlə türkcəyə tərcümə etdimişdilərsə də , sonralar onu tamamiylə  inkar etmiş,tərcümısinidə aradan götürmüşdülər.H.Cavid kimi o da ziyalılara qarşı tədbiq olunan ümumi təmizləmə qətliam (ümumi qırğın) illırində Azərbaycan mühitindən uzaqlaşdırılmış, gedər-gəlməz bir diyara göndərilmişdir.Sibirin ucqar bir güşəsində,məhrumiyyət və səfalətlər içində əziz yurdunun yolunda qalan gözlərini əbədi olaraq qapayan BÖYÜK ŞAİRİN vəhşət dünyasından qəti - əlaqə etdiyini faciyənin şahidi olan bir azərbaycanlıdan aldıq...

Məhəmməd Əmin Rəsulzadə

 


Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə qadiriz !
Üç rəngli bayrağınla mə"sud yaşa !

 


 

 Resulzade.org   © 2005/2006  Bütün haqqlar qorunur