M.Ə.Rəsuzadənin Azərbaycan Parlamentinin
Açılışındakı Nitqi
Möhtərəm
mə"buslar (deputatlar , millət vəkilləri!) !
Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını
açmaq yum səadəti, siz möhtərəm mə"busları təbrik etmək şərəfinin öhdəmə
düşməsi ilə müftəxərəm (fəxr edirəm),əfəndilər (alqışlar). Rusiyada
zühur edən inqilabi - kəbir digər həqiqətlər arasında bir həqiqəti - bahirəni
dəxi elan etmişdi.Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları
idi.Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu
ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxatriyyətlərdən mütəşəkkil
azad və demokratik bir Rusiyanı bir an əvvəl tə"sisedəcəkdi.O vaxt təbii
idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati -siyasiləri, digər məhkum
millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi.Millətlər kendi
(öz) müqəddəratlarının tə"yinini pək cəmimani bir surətdə Rusiya
məclisi - müəssisanından gizlədilər.Fəqət Rusiyada inqilab və
demokratizm namına zühur edən mə"kus (mürtəce) bir istibdad nə gibi (kimi)
xarabalıqlar yaratdığını bilirsiniz.İnqilab namına hökmfərma olan anarşi və
millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya
millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq
etdi.Zaqafqaziyadan Rusiya məclisi - müəssisanına intixab olunan məbuslar
kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya "seymini" təşkil və
onu istiqlalını emməkdə gördülər.
Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən
seçilən vəkillərin şurayi-milli təşkilinə sövq,bu şurayi - milli
Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı.Azərbaycan
İstiqlalı elan olundu (alqışlar)
Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların
yeni nümayəndələri də"vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir.Bu,
məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı
toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda
bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların
nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil
edə bilər.
Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına
qarşı heç bir ədavət və nifrətimiz yoxdur.Bezar olduğumuz Rusiya, çarizim
Rusiyası istibdadır.Rusiyaya nifrətimiz Rusiya istibdadı altında
inləyən Rusiya camaatınanifrət demək deyildir.Bizcə mənfurolan Rusiya ,
millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır.Hər
millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək
istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir).Bütün dünya
millətlərinin bir "cəmiyyəti-əğvam" (millətlər cəmiyyəti) vücudə gətirməsi
bizim ən müəzziz (əziz) fikirlərimizdəndir.Bu "fedarosyan" cəbrlə deyil,
təbii bir meyl və arzu ilə hasil olmalıdır. (alqışlar).
Ərz edim ki, biz Rusya camaatının da düçar olduğu fəlakətdən
qurtulmasını ürəkdən istəriz.Biz Rusiya hökümətinin həqiqi rus
demokratiyası əlinə keçməsi tərəfdarıyız.Çünki Qafqasya dağlarının şimalında
təşəkkül edən müstəbid vətəcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar).Biz
Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz.Fəqət kəndi
istiqlalımızı da əziz tutarız. (alqışlar).Cəbrlə
qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və
istiqlaldadır.
İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı
təmsil o üç boyalı bayrağı şurayi-milli qaldırmış, türk
hürriyyəti,islam mədəniyyəti və müasir əfkari-əhraranəsini (azadlıq
ideyalarını, demokratik fikri) təmsil edən bu üç boyalı bayraq
daimən başlarımızın üstündə ehtezaz edəcəkdir (dalğalanacaqdır) (məbuslar
yerlərindən qalxıyor,şiddətli alqışlar mədid bir sürətdə davam
ediyor)
Bən buna iman ediyorum.Bənim bu imanımı
millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor.Bu günəş bir daha
oful etməyəcək (sönməyəcək), bən vicdani - bəşəriyyətə
inanıyorum.Milliyonlarla insan bahasına vicdani-bəşər qazandığı
həqiqətləri asanlıqla əlindən verəməz."Cəmiyyəti-əğvam" fikri bu gün hər
kəscə qəbul edilmiş bir fikirdir.Bu buna ümid veriyor.Qüvvətlə inanıyorum
ki, artıq öldürmək millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün
deyildirQaliblər də, məğlublar da millətlərin hüququ təslim edilməlidir deyirlər
(alqışlar). Yaxında açılacaq cülhi-ümumi
konqresdə bu fikir qətiyyən hakim olacaq.Bu gün əhvala (vəziyyətə) hakim
olanlar müttəfiqlərdir.İngilis, Amerika, Fransa dövlətlərində
bayraqlarında millətlər təmin hüququ və "cəmiyyəti - əğvam" şüarı
yazılıbdır.Dövlətlərin Baküdə bulunan nümayəndələri naminə genral Tomson
Qafqasya məsələlərinin sulhi-ümumi konqresində həll olunacağını rəsmən
e"lan etmişdir.
Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi
müqəddaratımızı, kəndi istiqlalımızı müdafiyə və mühafizədə israr
edər, səbat və mətanət göstərirsək, heç şübhəsiz ki,Azərbaycan
Cümhuriyyəti paydar olur.Fəqıt bunu üçün təkrar ediyorum səbat,
mətanət,fədakarlq istər.İstər ki, biz kındimizin istiqlalə layiq olduğumuzu
isbat edəlim.Bu oldumu sizi təmin ediyorum ki, kimsə haqqımızı təslim
etməmək cəsarətində bulunamaz.Hankı vicdandır ki,istiqlalı istəyən və ona
ləyaqətini isbat edən bir milləti qəhr etsin? (alqışlar)
Əfəndilər! Biz Qafqasya əğvamı ruhunda hır zaman
hürriyyət fikrinin müməssili (təmsilçisi) olan "Promete" Qafqasya dağlarında
zəncirbənd edilmişdi.O daimi zəncirlərini qırmaq təşəbbüsündə
idi."Promete"nin ruhu bütün qafqasyanın bütün millətlərində
vardır.Qafqasya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq
yaşamaları bir xəyali-bə"id (uzaq xəyal) deyildir.Qardaş millətimiz
olan Şimali Qafqasya,qapı bir qonşumuz ermənılər, münasibəti
düstanəmiz bütün cüziyata rəğmən daimən səmimiqalan gürcülər, bizə bir çox
mədəni xidmətləri toxunmuş rus camaaatının mühüm bir qismi ilə ələ-ələ
verərək biz Qafqasyanının müqəddaratını bu qət"e (bölgə) üzərində yaşayan
millətlıərin arzusu vəchilə təmin edə biləriz (sürəkli
alqışlar, diplomasi lojalarına müraciətlə təkrar alqışlar).
Əfəndilər, bən buraya qədər sizə ümidli
sözlər söylədim.Buna iman ediyorum.Fəqət nəzərinizi əhvalın
ağırlığına dəxi cəlb etməzsəm, vəzifəmi hüsn ifa etməmiş deməkdir.Zaman ağır
gedəcəyimiz yol çoxtikanlı və arızalıdır.İlləridə bir çox müşkülat və
maneələri dəxi gözə almalıyız.Bu maneəli yoları keçmək və
sərmənizili - məğcudə irmık üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar
ibraz etməli , (göstərməli ) təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək
üzrəbir nümuneyi - əmsal təşkil etməlisiniz.Bu nümuneyi göstərəcək
iqtidar və iste"dada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir.
Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi
- qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla
qalan qərəzlər atılmalı,Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək
tutulmalıdır (sürəkli alqışlar).
Əfəndilər, bu gün Azərbaycanın paytaxtında
məclisi - mə"busan ittifaqındayız (açılışındayıq).Azərbaycan bir atəş
mənbəyidir.Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir.Bu atəş
əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman
təşkil eləməlidir.O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi
və baisi-təməddündür.(mədəniyyətdir).Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz
bir mə"şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli
yoları işıqlandırsın!(sürəkli və mədidalqışlar)
Mənbə : "Azərbaycan" qəzeti, 9 dekabr 1918 ci il. (Mötərizədə
verilmiş izahlar Nəsib Nəsibzadəyə aidir).
|