"...Şübhəsizdir
ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş
Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib
gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü
altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi
yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz ,
vətəndaşlar."
Bəli Məhəmməd Əmin əfəndi heç bir zaman şübhə
etmirdi ki, Azərbaycan öz istiqlaliyyəti günəşinə
qovuşacaq.Şükürlər olsun ki, Azərbaycan günümüzdə
müstəqil bir cümhuriyyətdir.Ruhun şad olsun
əfəndim.Sənin qurduğun Cümhuriyyət yaşayır və yaşayacaq...
28 Mayıs
-
İSTİQLAL BAYRAMI !!!
Azərbaycan türkləri
bu gün ilk dəfə olaraq böyük bir bayram saxlayırlar : İSTİQLAL
BAYRAMI !!! Bundan bir sənə əvvəl Zaqafqaziyanın müqəddaratını həll
üçün Tiflisə toplanmış olan müsəlman vəkilləri tarixin öylə bir anına tasadüf
etmişdilər ki, yöz sənəlik əsarətə yalniz yüksək bir amal nəticəsi deyil
, eyni zamanda zəruri bir ehtiyac kimi xatimə vermək
məcburiyyətində qalmışdılardı.
Əvət Zaqafqaziya millətləri bilməcburiyyə e"lani istiqlal etmişdilər.
Bilməcburiyyə e"lani istiqlal !!!
İstqlalımıza düşmən olanlar bu iki "məcburiyyət" və "istiqlal" sözlərini
bir araya toplanmasını "içtimai ziddin" qəlbindən ədd etməklə,
Zaqafaqaziya cümhuriyyətlərinin qeyri-təbii olduqlarını isbat etmək
istıyirdilər.
Fəqət , bu mülahizə zahirdə doğru görünsə də batində öylə deyildi.
Əvət, əfəndilər, bu gün firqə
ehtirasları, şəxsi - qərəzləri və bütün bu kimi
Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər
atılmalı,Vətən qayğısı və millət duyğusu hər
şeydən yüksək tutulmalıdır (sürəkli alqışlar).
Əfəndilər, bu gün Azərbaycanın paytaxtında
məclisi - mə"busan ittifaqındayız (açılışındayıq).Azərbaycan bir atəş
mənbəyidir.Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir.Bu atəş
əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman
təşkil eləməlidir.O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi
və baisi-təməddündür.(mədəniyyətdir).Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz
bir mə"şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli
yoları işıqlandırsın!(sürəkli və mədidalqışlar)
Artıq Məhəmməd Əmin Rəsulzadə
ilə bağlı fikirlərinizi bizim forumda müzakirə edə
bilərsiniz Forum'a
giriş
15.12.2007
Aksiya
Məhəmməd
Əmin Rəsulzadənin
rəsmi internet səhifəsi www.resulzade.org
2008 ci ilin Yanvar ayını
"RƏSULZADƏ AYI" elan etdi. Bu ay
boyunca çox müxtəlif tədbirlər keçiriləcək.Tədbirlır
barədə məlumatlar bog səhifədə yerləşdiriləcək.
24.10.2012
Blog
Məhəmməd Əmin Rəsulzadənin
blog səhifəsi
http://meresulzade.blogspot.com
Blog Azərbaycan Xalq Cümhuriyyətinin
(1918-1920) banisi,ideoloqu Musavat partiyasının qurucusu,
öndərimiz Məhəmməd Əmin əfəndi ilə baglı indiki mətbuatda
gedən məlumatları yerləşdirilməsi məqsədi ilə yaradılmışdır.
Qeyd edək ki,
blogdakı bütün məlumatların qaynağı göstərilmişdir
"...Şübhəsizdir
ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını,
Birləşmiş Millətlər prinsipini və insan haqlarını
tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi,
qızıl istibdad zülmü altında inləyən əziz
vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən
doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz ,
vətəndaşlar."
Sən bizimsən, bizimsən
durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa,
ey şanlı Azərbaycan!
Məhəmməd Əmin
Rəsulzadənin
"Amerikanin səsi" radiosu ilə xalqa xitabi Dinlə(4.9 MB, mp3)
“Nə
İngilis himayəsi, nə Amerika mandası
altında deyil, o qurtuluşu yalnız
hakimiyyəti milliyəyə müstənid,
bilakayduşart müstəqil bir Türk
dövləti təsis etməkdə görmüşdü. Onun
diləyi : 'Ya ölüm, Ya istiqlal' idi.
Anadolu’ya o bu diləklə geçdi,
əfsanəvi İstiklal Harbini başaran
baş qəhraman, Çanakkale zəfəri
üzərinə, Sakarya ve Dumlupınar kimi
zəfər taclarıyla bəzəndi.Tarixin üç
böyük imperatorluğunu dizləri altına
alaraq istədikləri kimi parçalayan
galiblər, bir ovuc Anadolu
mücahitləri qarşısında ricata məcbur
qaldılar! “Başındakı kumandanı
kaçmadıkça, Türk neferi hiç bir
zaman kaçmaz” deyən böyük kumandanın
sözü doğru çıxdı. Ölüm beratı sevr
yırtıldı, istiqlal vəsiqəsi “Lozan”
yazıldı. Atatürk, bir millətin
halasını yalnız özündəki qüvvətdən
gözləmişdir. Bu fikir, onun gəncliyə
xitabında bilhassa bəlirtilmiştir.
Muazzam əsərinin müdafaasını əmanət
ettiği Türk Gencliyinə “ Muhtaç
olduğun kudret damarlarındaki asil
kanda mevcuttur” deyən ATATÜRK’ün
Türk kəndlisi ile nəfəri haqqındakı
səmimi fikirləri, məlumdur. Ona görə
də, “Memleketin yegane efendisi
köylüdür!, Nə mutlu Türküm diyənə
!
Bu ən çox təkrarladığı bir
şüardır.